Ermənilər Paşinyanı döyüblər - spiker açıqladı
2023-04-03 11:26:00
Hurriyyet.az xəbər verir ki, İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum olub.
Erməni Teleqram kanalları və mətbuatı Aşot Paşinyanın döyüldüyünü yazıb.
Bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan öz “Feysbuk” səhifəsində yazıb. Simonyan bunun xaricdən planlaşdırılan mütəşəkkil təxribatlar silsiləsinin növbəti həlqəsi olduğunu yazıb.
Xatırladaq ki, 2019-cu ilin sentyabrında da, hərbi xidmətdə ikən Aşot Paşinyan xidmət yoldaşları tərəfindən döyülmüşdü. Onu vuranların biri erməni faşizminin təbliğatçısı Zori Balayanın onunla birlikdə hərbi xidmətdə olan nəvəsi olmuşdu.
Hürr Tərcüman
.png)