📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Qarabağda mülki obyektdə nə saxlayıb? - Foto

2023-12-26 13:52:50

Ermənilər Qarabağda mülki obyektdə nə saxlayıb? - Foto

Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.