📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ermənilər Qarabağdan çıxacaq, biz azərbaycanlılardan asılı olacağıq” - Saqatelyan

2022-06-10 13:20:00

“Ermənilər Qarabağdan çıxacaq, biz azərbaycanlılardan asılı olacağıq” - Saqatelyan

“Biz Laçını itirəcəyik”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin vitse-spikeri, müxalif “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqatelyan deyib.

O, Laçın dəhlizinə alternativ olan yolun çəkilməsini Laçının itirilməsi kimi qiymətləndirib:

“Stepanakertə (Xankəndi - red.) dolama yol çəkilir və o yol istifadəyə verilsə, bu o deməkdir ki, biz Berdzor (Laçın – red.) rayonunu, o cümlədən Ağavno (Zabux – red.) və bəzi erməni kəndlərini və ən əsası bütün kommunikasiyalarımızı tamamilə itirəcəyik. Bu ərazilər azərbaycanlıların nəzarəti altında olacaq. Bu o deməkdir ki, biz tamamilə azərbaycanlılardan asılı olacağıq və bu ermənilərin hamısının Qarabağdan çıxacaq. Proses buna doğru gedir. Ermənistan Qarabağı tamamilə itirir”.