📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənilər Qarabağın onların torpağı olmadığını bildikləri üçün köçüb gedirlər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-26 12:55:40

"İndi hamıdan şikayət edirlər, elə zənn edirlər ki, Fransa, Rusiya və ya ABŞ gəlib onların əvəzinə Qarabağda döyüşməli idi"

"Ermənilər daim xaricdən dəstək alaraq torpaqlarımızı işğal edib. Məhz Rusiyanın dəstəyi ilə 30 il ərzində ərazilərimizi işğalda saxladılar. Təbii ki, bu işğalı öz gücləri ilə edə bilməzdilər. Hazırda həmin dəstək yoxdur və bununla da güclərinin olmadığı ortaya çıxdı". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, məhz bunun nəticədə vurub qovduq ərazilərimizdən, indi də hamıdan şikayət edirlər: "Elə zənn edirlər ki, Fransa, Rusiya və ya ABŞ gəlib onların əvəzinə Qarabağda döyüşməli idi. Ermənilər Qarabağın onların torpağı olmadığını bildikləri üçün köçüb gedirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az