Ermənilər təşviş içində: Azərbaycan hərbçiləri içəriyə doğru irəlilədi
2022-03-15 13:06:00
Erməni mənbələri xəbər verir ki, Azərbaycan Sünikin Nerkin Xand kəndi yaxınlığına qədər irəliləyib. Bu barədə "Sputnik Armenia" kənd sakinlərinə istinadla bildirib.
Məlumatda deyilir ki, indi Azərbaycan hərbçiləri bilavasitə Ermənistanın inzibati ərazisində yerləşir və onlar 500-800 metr irəliləyiblər. Əlavə olaraq bildirlir ki, ehtimallara görə, hərbçilər martın əvvəlində kənd qəbiristanlığına gediblər. Bu xəbərin ardınca isə "armenpress" bildirib ki, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan sözügedən məlumatın doğruluğunu təkzib edib.
Ülviyyə, Hurriyyet.az