📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər təşvişdə: əhali Tavuşdan qaçır

2022-08-04 15:51:00

Ermənilər təşvişdə: əhali Tavuşdan qaçır

Azərbaycan Ordusu Qarabağda separatçı-terrorçulara qarşı “Qisas” əməliyyatı keçirdikdən sonra Ermənistanın Tavuş vilayətindəki əhali təşvişə düşüb.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, Tavuşun Berd rayonunda və sərhəddə yerləşən digər ərazilərdəki erməni əhali köçmək barədə düşünürlər.

“Əhali bütün ssenarilərə hazırlaşır, dünən gecədən başlayaraq yanacaqdoldurma məntəqələrində növbələr yaranıb”, - “Hraparak” nəşri yazır.

Erməni əhali Azərbaycan ordusunun Qazaxın 7 rayonunun azad edilməsi istiqamətində hərəkətə keçməsindən qorxurlar.