📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər torpağın üzərinə də mina səpib - Kapitan

2021-12-17 15:47:00

Ermənilər torpağın üzərinə də mina səpib - Kapitan

Ermənilər ərazilərimizin işğalı dövründə minaları torpağın altına döşəməkdən əlavə, torpağın üzərinə də səpiblər.

Hurriyyet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xidmətinin pirotexnik və istekam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov deyib.

“Nəinki torpağa, hətta ağacların, beton konstruksiyaların, dirəklərin üzərinə bərkidələcək şəkildə istehsal olunan minalar da var. Ərazidə işləyərkən mənfur düşmənin xislətini görmək mümkündür. Minaların basdırılması və istifadəsi üçün xüsusi təlimatlar var ki, düşmən bu təlimatlara uyğun yox, sürpriz vəziyyətdə onları qurub. Partlayışın dalğasını artırmaq üçün tank əleyhinə minaların üzərinə piyada əleyhinə minalar yerləşdiriblər, - deyə o qeyd edib.

Kapitan bildirib ki, hər hansı bir ərazidə partlamamış hərbi sursatlar gördükdə onlara qəti şəkildə toxunulmamalıdır.