"Ermənilər Üçkilsə ətrafına qayıtmalıdırlar" - ZAUR MƏMMƏDOV
"Separatçılar və İrəvandakı siyasətbazlar vaxtı gələndə gözlərini açanda ətraflarında azərbaycanlıları görəcəklər"
"Xankəndidəki separatçılar yenə çaşdılar. Dünən Almaniya lideri Şoltsun Qarabağın müstəqilliyi ilə bağlı bəyanatını bu gün separatçı xarici işlər başçısı dəstəkləyib. Fikrimcə, Almaniya səfiri ilə konsultasiya aparmaq lazımdır". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.
Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, Fransanın yanında yer almaması üçün Berlin ilə təmaslar vacibdir: "Bu arada, qondarma qurumun üzvləri Azərbaycan tərəfi ilə görüşlərində siyasi məsələlərin yalnız beynəlxalq aktorların iştirakı ilə iki bərabər tərəf kimi aparılacağı təqdirdə mümkün olacağını qeyd edirlər. Bu zavallılar erməni xəstəliyindən əziyyət çəkirlər. Yenə də biriləri onları arxayın salıb. Elə bilirlər, Rusiya, Fransa, Almaniya, ABŞ, İran bunlara görə Azərbaycan ordusunun qarşısına çıxacaq".
Bakıda Qərbi Azərbaycanla bağlı hərtərəfli, sistemli işlərə start verildiyini vurğulayan Zaur Məmmədovun sözlərinə görə, ermənilər Üçkilsə ətrafına qayıtmalıdırlar: "Şuşa Qarabağın gözüdürsə, Göyçə də Qərbi Azərbaycanın gözüdür. Separatçılar da, İrəvandakı siyasətbazlar da vaxtı gələndə gözlərini açanda ətraflarında azərbaycanlıları görəcəklər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az