Ermənilər Xankəndidəki separatçıların “əski parçasını” təhqir etdi
2022-04-08 14:42:00
Brüssel görüşündən sonra Ermənistanda hakimiyyətə qarşı etirazlar genişlənir. Erməni millətçilər baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi olaraq tanımağa hazırlaşdığını iddia edirlər.
Hurriyyet.az xəbər verir ki, aparılan kampaniya çərçivəsində Ermənistanın müxtəlif yerlərində qaldırılan Qarabağdakı separatçı-terrorçuların qondarma “bayrağı” ermənilərin özləri tərəfindən cırılıb.
Erməni ekspert Narek Samsonyan bildirir ki, İrəvandakı “Fransa meydanı”nda qaldırılan separatçıların əski parçası “Sasna Srer” qruplaşmasının üzvləri tərəfindən ləkələnərək, təhriq olunub.
Publika.az