📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ERMƏNİLƏR YENƏ TƏXRİBATA ƏL ATDI - Ordumuz adekvat cavab tədbirləri görüb

2024-04-13 09:12:37

ERMƏNİLƏR YENƏ TƏXRİBATA ƏL ATDI - Ordumuz adekvat cavab tədbirləri görüb

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.