📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər yeni müharibənin başlanmasını gözləyirlər

2024-03-04 13:57:01

Ermənilər yeni müharibənin başlanmasını gözləyirlər

Hurriyyet.az "Aysor.am" saytına istinadla xəbər verir ki, Ermənistanda 1100 nəfər vətəndaş arasında aparılan sorğuya görə, əhalinin 80 faizə qədəri yaxın gələcəkdə yeni müharibənin başlanması ehtimalının yüksək olduğunu zənn edir.
"Yaxın gələcəkdə müharibə təhlükəsi görürsünüzmü?" sualının cavabında respondentlərin 55,1 faizi birmənalı olaraq "hə", 25,5 faizi "ola bilsin, hə", 9,8 faizi "ola bilsin, yox", 7,2 faizi - "birmənalı yox" cavablarını veriblər.
"Gallup" beynəlxalq assosiasiyasının Ermənistandakı tamhüquqlu üzvü, "Em Pi Cİ" araşdırma şirkətinin direktoru Aram Navasardyan mətbuata açıqlamasında deyib: "Vətəndaşlarımızın təqribən 80 faizi yaxın gələcəkdə müharibə başlaya biləcəyini güman edirlər".
Hürr Tərcüman