📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilərdən növbəti vandallıq - Azərbaycanlılara məxsus qəbirləri təhqir edirlər - VİDEO

2022-11-30 11:52:00

Ermənilərdən növbəti vandallıq - Azərbaycanlılara məxsus qəbirləri təhqir edirlər - VİDEO

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.

Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.

Kadrlarda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.