📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilərdən tələb - RUSİYA SƏFİRLİYİNİ BAĞLAYIN

2023-09-19 17:24:45

Ermənilərdən tələb - RUSİYA SƏFİRLİYİNİ BAĞLAYIN

Ermənistanın paytaxtı İrəvanda Azərbaycanın anti-terror əməliyyatı başlatması ilə alovlanan etirazlar məcrasından çıxmaqdadır. Etirazlar Rusiyanın İrəvandakı səfirliyi qarşısında keçirilir.

Hazırda Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirən Ermənistan vətəndaşları bildirirlər ki, Rusiya səfirliyinin bütün əməkdaşları ailələri və uşaqları ilə birlikdə avtobusla səfirliyə aparılıb. Səfirliyin qarşısındakı etirazçı ermənilər isə Azərbaycanın Qarabağ bölgəsində anti-terror əməiyyatı bitənə qədər Rusiyanın İrəvandakı səfirliyini bağlamağa çağırırlar.

Ülviyyə, Hurriyyet.az