📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilərin “Böyük Turan” qorxusu artır - “Bakı qurbanın qoxusunu hiss edib”

2023-06-12 16:56:00

Ermənilərin “Böyük Turan” qorxusu artır - “Bakı qurbanın qoxusunu hiss edib”

“Ermənistan hakimiyyəti sazişi imzalamağa hazırdır. Lakin sənədin imzalanması çətin ki, yaxın vaxtlarda baş tutsun. Çünki Azərbaycanın belə bir hazırlığı yoxdur”.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində eyni adlı fraksiyanın keçmiş deputatı Artur Qazinyan danışıb.

Onun sözlərinə görə, bunun üçün müharibədən sonrakı dövrdə danışıqlar prosesini diqqətlə izləmək lazımdır. Qazinyanın iddiasına görə, tərəflərin razılığa çox yaxın olduğu bütün hallarda və məqamlarda Azərbaycan son anda vaz keçib. Erməni deputatın bildirdiyinə əsasən, guya rəsmi İrəvan sənədi 3-4 dəfə imzalamağa hazır olub.

“Azərbaycanın tələbləri həmişə Ermənistanın təklif edə biləcəyindən yüksək olub. İndi Bakı qurbanın qoxusunu hiss edib və maksimuma çatmağa çalışacaq. Onların məqsədi təkcə Qarabağ deyil, bütövlükdə erməni faktorunun aradan qaldırılması, “Böyük Turan” proqramının gerçəkləşdirilməsidir” - deyə revanşist siyasətçi qeyd edib. (musavat)