📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənilərin Dağlıq Qarabağ ərazisindən repatriasiyası Azərbaycanın daxili işidir” - Elçin Əmirbəyov

2023-09-21 14:59:43

Dağlıq Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

“Biz Ermənistan tərəfinə sülh sazişi layihəsi təqdim etmişik və indi onların cavabını gözləyirik. Ermənilərin Dağlıq Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, müqavilənin əsaslandığı prinsip deyil, çünki bu, Azərbaycanın daxili işidir”, deyə Əmirbəyov vurğulayıb.

Ülviyyə, Hurriyyet.az