Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
2023-09-29 10:14:35
Ermənilərin daha bir “qələbə” simvolu olan piyadaların döyüş maşını (PDM) Qənimətlər Parkına aparılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank Hərbi Qənimətlər Parkına yerləşdirilmişdi./azpolitika.info/