📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilərin əsgərimizə qarşı vəhşi rəftarı beynəlxalq səviyyədə qınağa tuş gəlir

2023-04-14 17:46:00

Ermənilərin əsgərimizə qarşı vəhşi rəftarı beynəlxalq səviyyədə qınağa tuş gəlir

Ermənistanın itkin düşmüş hərbçimizə qarşı rəftarı onun iyrənc mahiyyətini üzə çıxarmaqda mühüm rol oynadı. Belə ki, beynəlxalq səviyyədə həm müxtəlif təşkilatlardan, həm də bir sıra diplomatik rəsmilərdən bu hadisə ilə bağlı qınaqlar ifadə olunmaqdadır.

ATƏT Ermənistan ərazisində saxlanılan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçisinə qarşı kobud rəftara görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb edib. Bundan əlavə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən Azərbaycan hərbçilərinə baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumat verməyi tələb edib.
Eləcə də, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hacızadə bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında itkin düşmüş hərbi qulluqçuları Ermənistanda saxlanılıb. O qeyd edib ki, Azərbaycan əsgərinə ermənilər tərəfindən işgəncə verilməsi beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir.

Ülviyyə, Hurriyyet.az