📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənilərin geri qayıtmasına şərait yaratsaq, gələcək nəslin həyatını minalamış olarıq" - POLİTOLOQ

2023-10-19 11:39:09

"Onların yenidən Qarabağa qayıdıb, bizim yerləri iyləndirmələrinə şərait yaratmamalıyıq"

"Ermənilərin geri qayıtmasına şərait yaratsaq, gələcək nəslin həyatını minalamış olarıq. Ermənilər bizə qarşı o qədər dərin nifrət və kin bəsləyir ki, biz bunu 100 il ərzində yaşamışıq. Aparılan düzgün siyasət və geopolitik vəziyyət imkan verdi ki, əraziləri işğaldan azad edək və nəticədə suverenliyimizi bərpa etdik. Həmçinin, ermənilərin çıxıb getməsinə nail olduq". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq əlavə edib ki, ermənilər bizə qarşı üç müharibə edib, vandalizm, faşizm, etnik təmizləmə və soyqırım həyata keçirib: "Bu halda onları bağışlamaq olarmı?! Cənab prezident İlham Əliyev Xankəndidə Araikin otağına daxil olanda pəncərəni açıb, əli ilə erməni iyinin çıxmasını açıq şəkildə göstərdi. Odur ki, ermənilərin yenidən Qarabağa qayıdıb, bizim yerləri iyləndirmələrinə şərait yaratmamalıyıq. Cənab prezident İlham Əliyev pəncərəni açmaqla o işarəni verdi. Kim erməni iyini istəyirsə, yol açıqdır gedib İrəvanda ciyərlərinə çəksin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az