📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənilərin Qarabağı kütləvi tərk etməsi "əhali mübadiləsi" anlamına gəlir" - İLQAR MƏMMƏDOV

2023-09-29 11:49:50

"Bu münaqişənin əvvəlində akademik Andrey Saxarov ərazilərin mübadiləsini təklif edirdi, amma nəticəsi ərazi mübadiləsi yox, əhali mübadiləsi oldu"

"Hazırda ermənilərin Qarabağı kütləvi tərk etməsi "əhali mübadiləsi" anlamına gəlir. Heç kim iddia edə bilməz ki, əhali mübadiləsi mütləq 1 il, ya da 5 il ərzində baş verən şeydir. Bizim münaqişə 35 il davam edib". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

Partiya sədrinin sözlərinə görə, hətta bu münaqişənin əvvəlində akademik Andrey Saxarov ərazilərin mübadiləsini təklif edirdi, amma nəticəsi ərazi mübadiləsi yox, əhali mübadiləsi oldu: "Bununla belə, qeyd olunmalıdır ki, azərbaycanlılar Ermənistanı, o cümlədən Qərbi Zəngəzuru, məhz mülki əhaliyə qarşı zorakı müdaxilələr nəticəsində tərk etdi. Azərbaycan isə müharibədə qalib gəldi, yerli mülki əhalini hədəfə almamışdı və onlar öz şəxsi qərarı ilə ölkəni tərk etdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az