📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilərin “qələbə” simvolu olan tankın götürülmə anı - Video

2023-09-22 12:46:09

Ermənilərin “qələbə” simvolu olan tankın götürülmə anı - Video

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi götürülüb.

Hurriyyet.az bunu əks etdirən görüntüləri əldə edib.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.