Ermənilərin şəxsi heyəti və döyüş vasitələri məhv edildi
2021-11-16 15:16:00
Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.
Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq", - məlumatda deyilir.