📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilərin təxribatı nəticəsində itkilərimiz var - Rəsmi

2022-09-13 01:37:00

Ermənilərin təxribatı nəticəsində itkilərimiz var - Rəsmi

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Hurriyyet.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.