📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilərin yalanı faktlarla ifşa olundu: Cəmi 43 691...

2023-10-02 13:30:51

Ermənilərin yalanı faktlarla ifşa olundu: Cəmi 43 691...

Ermənilərin Qarabağ ərazisindən öz istəkləri ilə çıxmasından sonra onlar 120 min insanın bölgədən çıxarıldığını, humanitar fəlakət və hətta soyqırım törədildiyini iddia edirlər. 

Son günlərdə həm Ermənistan rəsmiləri, həm də erməni lobbisinin təsiri altında olan xaricilərin daha çox “120 min sakin Qarabağdan çıxarılıb” ifadəsini işlətdiyinin şahidi olmuşuq.

Hurriyyet.az xəbər verir ki, erməni KİV-ləri bu dəfə Qarabağdan köçən ermənilər Ermənistanın ayrı-ayrı bölgələrinə yerləşdirildiyini yazıb və onların statistikasını yayıb.

Statistikadan aydın olur ki, Qarabağda heç də ermənilərin iddia etdiyi kimi 120 min əhali yaşamır.

Sözügedən statistika belədir:

-  Аrarart: 12 445

-  Kotayk: 11 630

- Armavir: 4 461

- Sünik: 4 592

- Qeqarkunik: 3 996

- Lori: 2 686 

- Tavuş: 2 322

- Araqaçotn: 2 305

- Vayoç Zor: 1 937 

- Şirak: 1 317

Cəmi: 43 691

Beləliklə, bilərəkdən və ya bilməyərəkdən erməni KİV-ləri İrəvanın yalanını faktlarla ifşa etmiş oldu.