Ermənilərlə Rusiya hərbçiləri arasında dava - Yaralanan var
2021-11-09 16:23:00
Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında dava olub.
Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Rusiya vətəndaşları -Yevgeni Qalanov, Yevgeni Dyanov və Pyotr Qorbulyakla Qafan sakinləri - Armen Avanesyan arasıda mübahisə olub.
Nəticədə A.Avanesyan başından yaralanıb.
Qeyd edək ki, Rusiya hərbçiləri polis bölməsinə çağırılıb.