Ermənipərəst iranlı ekspert Şuşanı "Şuşi" adlandırdı
2023-08-09 13:06:00
Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkməyən ermənipərəst analitik Ehsan Movəhhediyan sosial media hesabında Şuşanı qərəzli şəkildə “Şuşi” adlandıraraq, sərsəm iddialar səsləndirib:
"İranı təhdid etmək məqsədi ilə Zəngilan və Füzulidə iki hərbi hava limanı tikən Bakı 2024-cü ilə qədər Laçında, Ermənistanla bitişik Qorçu kəndində üçüncü hava limanını tamamlayacaq. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr, eni isə 60 metrdir. Sahəsi 50 min kvadratmetr olan hava limanı Laçından 30 km, Kəlbəcərdən 60 km və “Şuşidən” (Şuşa) 70 km məsafədə yerləşir”.
Ülviyyə, Hurriyyet.az