Ermənipərəst məmur ABŞ Dövlət Departamentindəki vəzifəsindən çıxarıldı
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, erməni lobbisinin maraqlarına fəal şəkildə xidmət edən amerikalı diplomat Yuri Kim Dövlət Departamentindəki vəzifəsindən çıxarılıb. Yuri Kim ABŞ Dövlət Departamentinin başçısının Avropa və Avrasiya işləri üzrə köməkçisi olub. İndi həmin vəzifəni onun sanksiyalar üzrə keçmiş koordinatoru tutur. Bu barədə məlumat ABŞ Senatının saytında yerləşdirilib.
Bu gün Konqresin yuxarı palatası yekdilliklə Prezident Cozef Bayden tərəfindən təklif edilmiş namizədin lehinə səs verib. Bayden Dövlət Departmentinin köməkçisi vəzifəsinə Ceymc O.Brayenı layiq görüb.
Xatırladaq ki, Yuri Kim dəfələrlə Cənubi Qafqazdakı yeni reallıqlara uyğun gəlməyən açıqlamalar verib. Azərbaycan XİN diplomatın bəzi çıxışlarının Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.
Hürr Tərcüman