📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənipərəst Nensi Pelosini kimin əvəzləyəcəyi bəlli oldu

2023-01-07 14:35:00

Ermənipərəst Nensi Pelosini kimin əvəzləyəcəyi bəlli oldu

Hurriyyet.az xəbər verir ki, ABŞ-da Konqresin Nümayəndələr Palatasına 1859-cu ildən bəri ən uzunmüddətli seçkilər başa çatıb.

Səsvermənin 15-ci turunda Kaliforniyanın 57 yaşlı təmsilçisi, Respublikaçılar partiyasının üzvü Kevin Makkarti qələbə çalıb. Aşağı palatanın 216 üzvü onun lehinə səs verib. Makkarti bu vəzifədə Demokratlar partiyasının nümayəndəsi, ermənipərəst Nensi Pelosini əvəz edəcək.

Hürr Tərcüman