"Ermənistan 8 ay sonra tamam başqa vəziyyətlə qarşılaşa bilər" - ZAUR MƏMMƏDOV
"Ona görə Paşinyan və müxalifət arasında açıq söhbət olmalı və sülh müqaviləsinə imza atılmalıdır"
"Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın prezidenti Emmanuel Makronla təcili görüşü, Levon Ter-Petrosyanın Ermənistanın dövlət televiziyasına verdiyi müsahibə bir daha təsdiq edir ki, Azərbaycan qəti şəkildə Paşinyana öz şərtini qoyub". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloq hesab edir ki, əgər Ermənistanın siyasi arenasında olan qruplar şərtlərimizi qəbul etməsələr, onda 8 ay sonra tamam başqa vəziyyətlə qarşılaşa bilərlər: "Ona görə Paşinyan və müxalifət arasında açıq söhbət olmalı və sülh müqaviləsinə imza atılmalıdır. Sülh müqaviləsi Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını ehtiva edir. Makron və Blinken isə zənglərinin cavabsız qalma ehtimalları haqqında düşünsünlər və gələcəyə Vilsonun eynəkləri ilə baxmasınlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az