Ermənistan Aİ-yə daxil olmaq üçün ilk rəsmi addımı atdı
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Avropa İttifaqına daxil olması üçün ölkə ərazisində imzatoplama prosesinə rəsmi şəkildə başlanılıb.
Ermənistanın Aİ-yə daxil olması barəsində qanun layihəsinin parlamentin müzakirəsinə verilməsi üçün təşəbbüs qrupunun formalaşdırılması təklifi Ermənistanın Mərkəzi Seçki Komissiyası tərəfindən sentyabrın 11-də qəbul edilib.
Ölkədə imzaların toplanması prosesi 2024-cü il sentyabrın 16-dan noyabrın 14-nə qədər davam edəcək. Qanun layihəsinin müzakirəyə çıxarılması üçün ən azı 50 min nəfər Ermənistan vətəndaşının imzası toplanmalıdır. Bu sayda imza toplandığı halda parlament qanun layihəsini qəbul etməzsə, təklifin referenduma çıxarılması üçün yenidən imza toplanması nəzərdə tutulub. Lakin bunun mümkün olması üçün artıq 300 min imza gərək olacaq.
Hürr Tərcüman