"Ermənistan Aİ-yə daxil olmaq üçün müraciət edə bilər"
2024-03-15 10:58:00
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin təmsilçisi Peter Stano "İsvestiya" nəşrinə açıqlamasında Ermənistanın Aİ-yə daxil olmaq üçün müraciət edə biləcəyini söyləyib.
Peter Stano Ermənistanın üzvlük məsələsi ilə bağlı sualın cavabında deyib: "Ölkələr öz xalqlarının gələcəyini yaxşılaşdırmağa can ata bilərlər. Onlar öz gələcəklərini təmin eləmək qərarlarının verilməsində azaddırlar. Avropa İttifaqına üzvlük məsələsinə gəlincə, hər bir Avropa ölkəsi - xalqı və hökuməti - Aİ-yə daxil olmaq üçün müraciət eləməyi istəyib-istəmədiyinə özü qərar verməlidir".
Hürr Tərcüman