Ermənistan aviaşirkəti Rusiyaya uçuşları dayandırıb
2024-01-29 22:43:53
Ermənistanın “Fly Arna” aviadaşıyıcısı Rusiyaya uçuşları dayandırıb.
Bu barədə aviaşirkət məlumat yayıb.
“Fly Arna” aviaşirkətinin uçuşları sistemdə olan dəyişikliklərlə əlaqədar hazırda dayandırılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın dövlət maraqları fondu tərəfindən təsis edilib. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirirdi. \\Report