Ermənistan Avropa İttifaqının üzvü olmaq istəyir: "Təhlükəsizliyimiz təmin ediləcək"
2024-02-29 16:39:22
Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Ermənistanın Avropa İttifaqına üzvlüyə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.
Simonyan deyib: "Birmənalı olaraq, buna hazırıq və bizə maksimal təhlükəsizlik təmin edəcək istiqamətdə irəliləyəcəyik. Demokratik ölkə olmaq - Ermənistan üçün ən böyük təhlükəsizlik sistemidir".
Lakin o, bu məsələdə tələsmək lazım olmadığını da qeyd edib: "Dövlət məsələlərində tələsik addımlar atmaq olmaz".
Hürr Tərcüman