📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan-Azərbaycan sərhədində rus ordusu? - Kreml

2021-07-07 15:22:00

Ermənistan-Azərbaycan sərhədində rus ordusu? - Kreml

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında keçiriləcək danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatı təkzib etdi.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu həqiqətə uyğun olmayan informasiyadır”, - deyə Peskov mətbuatda yayılan məlumatlara münasibət bildirib.