📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Azərbaycana folqa ixrac edə bilər

2026-04-04 18:35:45

Ermənistan Azərbaycana folqa ixrac edə bilər

Azərbaycan Ermənistandan alüminium folqa idxalına xüsusi maraq göstərib.

Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

“Azərbaycan tərəfi folqanın qalınlığı, keyfiyyəti, həcmi və çatdırılma müddətini göstərən konkret sorğu təqdim edib. Ermənistan istehsalçısı həcmi, qiyməti və çatdırılma müddətini dəqiqləşdirib, lakin hələ cavab alınmayıb”, - o qeyd edib.