"Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara hazırlaşır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Azərbaycanın cavab tədbirləri isə Ermənistanın yeni ərazilər itirməsi ilə nəticələnəcək"
"Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara hazırlaşır. Ermənistanın planı strateji yüksəkliklər əldə edərək danışıqlarda güzəştə nail olmaqdan ibarətdir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Rusiyanın da bu prosesə dəstək verdiyini vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Ermənistan ordusu ilə baş nazir Nikol Paşinyan arasında böhrana baxmayaraq, hökumət ordunun tələblərinə əməl edir: "Ermənistan ordusunda "revanşist" və Rusiyanın agentura şəbəkəsi eskalasiyada maraqlıdır. Azərbaycanın cavab tədbirləri isə Ermənistanın yeni ərazilər itirməsi ilə nəticələnəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az