📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Azərbaycandan yenə ŞİKAYƏT ETDİ

2022-08-02 17:50:00

Ermənistan Azərbaycandan yenə ŞİKAYƏT ETDİ

Ermənistan Azərbaycandan AİHM-ə dövlətlərarası şikayət edib.

Hurrriyyet.az
KONKRET.az-a istinadla xəbər verir ki, bu, Ermənistanın Azərbaycana qarşı 3-cü şikayətidir. Söhbət Qarabağın Pirlər və Fərrux kəndlərində baş verən hadisələrdən gedir.

Ermənistan Azərbaycanla sülh sazişi imzalanması ərəfəsində olmasına baxmayaraq, yenə pisliyindən əl çəkmir və Azərbaycana böhtan atır.

İrəvan yerli sakinlərin “hüquqlarının pozulması”nı, Azərbaycan hərbçilərinin “dinc erməni əhalisinə qarşı hədə-qorxu” gəldiyini iddia edir.