📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Azərbaycanın bu rayonlarını atəşə tutdu - RƏSMİ

2022-06-01 09:17:00

Ermənistan Azərbaycanın bu rayonlarını atəşə tutdu - RƏSMİ

Dövlət sərhədində Azərbaycan mövqeləri atəşə tutulub.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.