📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır!” - Paşinyan

2023-05-17 15:54:00

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır!” - Paşinyan

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitindəki çıxışında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, İrəvanla Bakının münasibətləri Almatı deklarasiyası əsasında normallaşdırmaq barəsində razılaşdıqlarını bildirib.

Paşinyan deyib: “Üç gün əvvəl Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəli addım atdıq. Ermənistanın Azərbaycanın 86 800 kvadrat kilometr, Azərbaycanın isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıdığını bəyan elədik”.

Hürr Tərcüman