📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Azərbaycanın yeni təklifinə cavab verdi

2022-03-14 16:15:00

Ermənistan Azərbaycanın yeni təklifinə cavab verdi

Ermənistan Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü yeni təkliflərə cavab verib.

Bu barədə Hurriyyet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir.

“BMT Nizamnaməsi, Siyasi və Mülki Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların təşkili məqsədilə Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib”, - deyə Ermənistan XİN-in bəyanatında bildirilir.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı beş maddədən ibarət sənəd göndərib və cavab gözləyir.