Ermənistan Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamentini təsdiqlədi
2023-12-14 12:55:53
Hurriyyet.az xəbər verir ki, Ermənistanda delimitasiya üzrə komissiyanın reqlamenti təsdiqlənib. Reqlamentdə komissiyanın iş prosesi təsvir edilir.
Baş nazirin müavini Mqer Qriqoryanın sözlərinə görə, rəsmi Bakı da anoloji reqlamenti təsdiqlədikdən sonra ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.
Qriqoryan ikinci sənədin hazırlanmasının zəruriliyini də qeyd edib. Onun sözlərinə görə, həmin sənəddə ölkələrin hansı xəritələr və hansı prinsiplər əsasında delimitasiya aparacaqları göstərilməlidir.
Hürr Tərcüman