Ermənistan Azərbaycanla münasibətlər barədə ABŞ-dan məsləhət istəyib
2024-07-25 16:00:42
Hurriyyet.az "Moskovskiy komsomolets" nəşrinə istinadla xəbər verir ki, Ermənistan ilə ABŞ təmsilçiləri İrəvanla Bakı arasında münasibətlərin normallaşması məsələlərini müzakirə ediblər.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. "News.am" saytının məlumatına görə, Ermənistanın Təhlükəsizlik Şurasının açıqlamasında danışıqlar zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Hürr Tərcüman