Ermənistan: Azərbaycanla sərhəddə buraxılış məntəqələri tikilən kimi istifadəyə veriləcək
Hurriyyet.az xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Ermənistan Respublikasının Baş nazirinin göstərişi ilə Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəddə 3 yeni buraxılış məntəqəsi yaratmağı təklif edib.
- Sotk – Kəlbəcər
Geqarkunik rayonu, Sotk icmasından ER dövlət sərhədinə qədər, M11 şossesi: avtomobillə (Azərbaycanın Kəlbəcər rayonu).
- Yeraşx (Arazdəyən) – Sədərək
Ararat rayonu, Yeraşx icması: avtomobillə (Naxçıvan - maşınla).
- "Karaunc" – Eyvazlı
RA-nın Sünik rayonu, Qarahunc icmasından təqribən 7,5 km cənubda, M2 şossesinin cənub-şərqində: avtomobillə.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hazırladığı layihə Nazirlər Kabinetinin hüquqi sənədlər saytında dərc edilib.
Buraxılış-nəzarət məntəqələrinin tikinti və təchizat işlərinin baş çatmasının ertəsi günü işə düşəcəyi bildirilir.
Qərar layihəsində deyilir: “Sərhəd-buraxılış məntəqələrinin işə düşməsindən sonra təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bərabər, insanların, ticarət məhsullarının və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsi həyata keçiriləcək”.
Qərarın hökumətin 25 avqust tarixli növbəti iclasında qəbul ediləcəyi gözlənilir.
Hürr Tərcüman