📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan Bakıdan qaz almaq və Azərbaycan-Türkiyə qaz kəmərinin həlqəsi olmaq istəyir

2024-09-18 15:28:54

Ermənistan Bakıdan qaz almaq və Azərbaycan-Türkiyə qaz kəmərinin həlqəsi olmaq istəyir

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycandan qaz alınması və ya Azərbaycandan gələn qazın xarici ölkələrə nəql edilməsi variantlarını istisna etməyib. II Ümumdünya erməni sammitində çıxış edən Paşinyan Bakının bu yaxınlarda verdiyi bəyanatlarda Ermənistana qaz nəqli variantının təklif edildiyini söyləyib.
Paşinyan deyib: "Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz nəqli kəmərinin Ermənistandan keçərək getməsi ssenarisini istisna edə bilmərik".
Hürr Tərcüman