📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan baş nazirinin müavini Bakıya təklif göndərdi

2023-06-17 22:48:00

Ermənistan baş nazirinin müavini Bakıya təklif göndərdi

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi təklifi göndərib.

Bu barədə “Sputnik Ermənistan”a baş nazirin müavini Qriqoryanın mətbuat xidməti məlumat verib.

"Təklifin məqsədi Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan problemli məsələləri müzakirə etməkdir", - mətbuat xidmətindən bildiriblər.

2022-ci il mayın 24-də Mher Qriqoryanla Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev arasında ilk görüş Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhəddə baş tutub.

2022-ci il avqustun 30-da Moskvada Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının ikinci iclası keçirilib. \\Ölkə.az