Ermənistan Baş Qərargah rəisi: "Biz topraq vermirik... müharibə başlaya bilər..."
2024-03-25 15:18:31
Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında jurnalistlərin Azərbaycanın işğal edilmiş kəndlərinin geri qaytarılması barəsində sualını cavabsız qoyub. Onun yerinə Baş Qərargah rəisi Edvard Asryan cavab verərək, Silahlı Qüvvələrin qarşılarına qoyulan tapşırıqları yerinə yetirdiklərini və topraq qaytarmaq işi ilə məşğul olmadıqlarını deyib.
Asryan deyib: "Biz torpaq vermirik".
Baş nazir Nikol Paşinyanın "torpaqları verməsək, müharibə olacaq" açıqlaması ilə bağlı sualın cavabında Asryan deyib: "Müharibə bir saatdan, üç saatdan, bir ildən, iki ildən, beş ildən də sonra ola bilər..."
Hürr Tərcüman