“Ermənistan “boz zona” boyunca mina yerləşdirməyə davam edir”
2023-09-12 09:42:20
“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi bu ölkədə istehsal olunan minaları “boz zona”nın hər perimetri boyu yerləşdirməyə davam edir”.
Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında deyib.
Onun sözlərinə görə, 1991-ci ildən bu günə qədər 3385 azərbaycanlı Ermənistan tərəfindən basdırılan minaların qurbanı olub.
qafqazinfo.az