📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan BRİKS üzvü olacaqmı?

2024-10-21 15:26:17

Ermənistan BRİKS üzvü olacaqmı?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan hələ BRİKS üzvü olmağı planlaşdırmır.
Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan parlamentdəki brifinqdə məlumat verib. O, Ermənistanın 22-24 oktyabr tarixində Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edəcəyini, lakin indiki mərhələdə İrəvanın təşkilatın üzvü olmaq məsələsini müzakirə etmədiyini söyləyib.
Qriqoryan jurnalistin İrəvanın BRİKS üzvü olmaq üçün müraciət edib-etməyəcəyi sualının cavabında deyib: "Yox, yox, indiki mərhələdə yox".
Ermənitanın Nazirlər Kabinetinin açıqlamasında BRİKS sammitində ölkəni Baş nazir Nikol Paşinyanın təmsil edəcəyi bildirilib.
Hürr Tərcüman