📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan bu dəfə də qurduğu tələyə özü düşəcək" - ZAUR MƏMMƏDOV

2023-09-29 12:28:17

"İrəvan Qarabağdan erməniləri çıxartmaqla Bakıya qarşı hüquqi pretendent hazırlamaq istəsə də, hadisələrin sonunda yuxudan ayılanda etdiklərinin özləri üçün çox pis olduğunu başa düşəcək"

"Bu necə olur ki, iki gündə köçən ermənilərin sayı 2096-dan indiki rəqəmlərə qalxdı? Məlum məsələdir. Ermənistan Azərbaycanı etnik təmizləmədə günahlandırmağa başlayacaq". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, Ermənistan bu dəfə də qurduğu tələyə özü düşəcək: "Hazırda İrəvan Qarabağdan erməniləri çıxartmaqla Bakıya qarşı hüquqi pretendent hazırlamaq istəsə də, hadisələrin sonunda yuxudan ayılanda etdiklərinin özləri üçün çox pis olduğunu başa düşəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az