📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan bu ölkə ilə viza rejimini ləğv etdi

2023-09-10 00:03:45

Ermənistan bu ölkə ilə viza rejimini ləğv etdi

Ermənistan və BƏƏ arasında iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı protokol imzalanıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan X hesabında məlumat yayıb.

“Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri Ermənistan və BƏƏ vətəndaşları üçün vizasız rejim haqqında sazişin imzalanması ilə əlamətdar olub. Əvvəllər viza rejiminin liberallaşdırılması yalnız diplomatik pasport sahibləri üçün keçərli idi. İndi protokola əsasən, viza tələblərinin ləğvi ümumi pasportlu vətəndaşlara da şamil olunacaq”, - məlumatda bildirilib.

Qeyd olunur ki, protokol hər iki ölkə bütün daxili prosedurları yerinə yetirdikdən sonra qüvvəyə minəcək. \\Axar.Az