Ermənistan cəzalandırılır? – Rusiyadan təcili iclas keçirilməsi tələb edilib
2023-11-29 15:20:42
Hurriyyet.az xəbər verir ki, Ermənistanın bəzi məhsulları “Yuxarı Lars” sərhəd keçid məntəqəsindən Rusiyaya buraxılmadığı üçün, İrəvan təlaşa düşərək Avrasiya İqtisadi İttifaqı çərçivəsində təcili iclas keçirilməsini tələb edib.
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan iki ölkənin təmsilçilərinin Avrasiya İqtisadi Komissiyasının çərçivəsində Ermənistan məhsullarının Rusiyaya aparılması ilə bağlı vəziyyəti müzakirə edəcəklərini deyib.
Bu yaxınlarda “Rosselxoznadzor” qurumu bəyan etmişdi ki, Ermənistandan tədarük edilən məhsullarda zərərviricilərə və xəstəliklərə yoluxmada böyük artım qeydə alınıb.
Hürr Tərcüman